İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasının deputatı: "Ermənistan “KTMT-dən qurtulmaq” istəyir"

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbərinin birinci müavini Konstantin Zatulin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını mümkün sayır.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Zatulin eyni zamanda bəyan edib ki, KTMT fəaliyyətini Ermənistansız davam etdirəcək.

“KTMT Rusiyanın hərbi-siyasi maraqlarının onunla razılaşanlarla razılaşaraq həyata keçirilməsi formasıdır. Ermənistana gəlincə, mənə elə gəlir ki, o, indi KTMT-dən ayrılmaq, təşkilatdan çıxmaq istəyini nümayiş etdirir və bu, tamamilə mümkündür. Bu o demək deyil ki, KTMT fəaliyyətini dayandıracaq. Bu o deməkdir ki, Ermənistan bundan sonra KTMT-nin üzvü olmayacaq. Bu, erməni xalqının maraqları üçün qeyri-təbii olsa da, Dağlıq Qarabağdakı soydaşlarının mənafeyinə xəyanət yoluna qədəm qoyan və bu işi davam etdirən hakimiyyət üçün tamamilə təbiidir”, - Zatulin deyib.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti öz ərazilərində KTMT təlimləri keçirməkdən imtina edib. Sentyabrda İrəvan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin “Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR