Onlayn ictimai-siyasi qəzet
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ABŞ Prezidenti Co Baydenə kəskin şəkildə çağırış edərək onun istefasını tələb edib.
Musavat.com "Yeni Şafak" qəzetinə istinadən yazır ki, Bahçeli Baydenin zehni qabiliyyətləri ABŞ prezidentinin vəzifə öhdəliklərinə uyğun olmadığını deyib. O, Baydenin indiyə qədər qəbul etdiyi və bundan sonra edəcəyi hər bir qərarın yanlış olduğunu vurğulayıb.
Bahçeli çıxışında belə deyib:
“Bayden artıq istefa verməlidir. Vəzifə müddətinin sonunu gözləmədən hakimiyyəti Donald Trampa təhvil verməlidir. ABŞ-ın indiki vəziyyətində belə bir liderin qərarlarının yaratdığı risklər böyükdür.”
Bahçeli, həmçinin ABŞ siyasətindəki bu qarışıqlığın qlobal miqyasda da problemlərə səbəb olduğunu ifadə edib. Onun bu fikirləri Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ