Aktyor İlker Aksum yaxın dostu Şinasi Yurtseverin dəfn mərasiminə qatıla bilməyib.
Kapadokiyada “Siyah kalp” serialının çəkilişində olan sənətçi işə görə cənazəyə gedə bilmədiyini deyib:
“53 yaşım var, 35 ildir bu sahədəyəm, ilk dəfədir işimdən gileylənirəm. Bu gün yaxın dostumun dəfn mərasimi var, amma mən gedə bilmirəm. Çünki ora getsəm, bu həftə yayım olmayacaq və 150 nəfər pul ala bilməyəcək. Nə deyim? Şinasi, məni bağışla qardaşım”.
Qeyd edək ki, Şinasi Yurtsever xərçəngdən dünyasını dəyişib.
Xatırladaq ki, İlker Aksum mərhumla “Yabancı damat”da birgə rol almışdı. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ