Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin doqquz ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 737,0 milyon manat, xərcləri 25 milyard 174,3 milyon manat təşkil edib.
Musavat.com Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat”a əsasən xəbər verir ki, nəticədə 2 milyard 562,7 milyon manat məbləğində profisit yaranıb.
Məlumata əsasən 2024-cü ilin doqquz ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5 milyard 660,6 milyon manat çox icra edilib. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18 milyard 151,3 milyon manat təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12 milyard 30,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9 milyard 585,7 milyon manatı və ya 34,6 faizi Dövlət Neft Fondundan transfertin, 4 milyon 931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250,0 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşüb.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Dövlət Neft Fondundan transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16,0 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilib.
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edib.
Doqquz ayda dövlət büdcəsi xərclərinin 15 milyard 459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 341,3 milyon manat və ya 9,5 faiz çox), 8 milyard 419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1 milyard 295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilib.
Hesabat dövründə səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1 milyard 405,0 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3 milyard 83,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4 milyard 509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3 milyard 361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2 milyard 931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1 milyard 941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5 milyard 592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73,0 faiz icra edilməklə 177,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ