Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq.
Musavat.com baku.ws-ə istinadən xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb.
Qeyd edək ki, paytaxtda qasırğa may ayının 5-dən saat 15:00-da bir qədər də güclənəcək və zəifdən orta həddə qədər güclənəcək.
Ümumiyyətlə may ayının 23-25-i və 28-i, 29-u Yerdə güclü maqnit qasırğasının olacağı proqnozlaşdırılır. Bu tarixlərdə ürək-damar xəstəlikləri, həmçinin sinir sistemi oyanıq olan şəxslərin səhhətində problem yaranacağı da deyilir.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ