İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini yürüş zamanı FACİƏ - 14 uşağı cərəyan VURDU

Hindistanın Racastan əyalətinin Kota şəhərində dini yürüş zamanı 14 uşağı elektrik cərəyanı vurub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri Hiralal Naqar məlumat verib.

Qeyd olunub ki, yürüşdə yaşı 14-dən az olan bir qrup uşaq iştirak edib. Faciəyə uşaqlardan birinin yüksək gərginlikli naqilə toxunması səbəb olub.

"Bu, çox acınacaqlı hadisədir. İki uşaq ağır yaralanıb, biri yanıq xəsarətləri alıb. Onlara hər cür kömək göstərmək üçün xüsusi qrup yaradılıb", - deyə nazir bildirib.

Xəsarət alan uşaqlar xəstəxanalara aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR