İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən Sabirabadda qatar vuran şəxslə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR