İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilruba Kayserilioğlu 18 gün sonra azadlığa çıxdı

Türkiyənin İzmir şəhərində verdiyi küçə müsahibəsində istifadə etdiyi ifadələrə görə həbs olunan Dilruba Kayserilioğlu sərbəst buraxılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, «İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və alçaltmaq» və «prezidenti təhqir etmək» ittihamları ilə mühakimə olunurdu.

Kayserilioğlunun həbsinə vəkili Hüseyn Yıldız etiraz etsə də, ittiham üzrə həbsinin davam etdirilməsinə qərar verilib.

18 gündür həbsdə olan Dilruba gecə saat 02:00 radələrində həbsxanadan buraxılıb. Bildirilib ki, Dilrubənin azadlığa buraxılması ilə bağlı əsaslandırılmış qərar hələ verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR