Onlayn ictimai-siyasi qəzet
Məşhur futbol ulduzu Devid Bekhemin arvadı, keçmiş “Spice Girl” qrupunun üzvü, iş qadını Viktoriya Bekhem ərinin xəyanəti ilə bağlı ilk dəfə susqunluğunu pozub.
Viktoriya Bekhem “Netflix”in yeni “Bekhem” sənədli filmində Devidin 2003-cü ildə mümkün xəyanətinə görə yaşadıqları kabusdan və çətin günlərdən danışıb.
O, həmin günlərin həyatının ən çətin dövrü olduğunu və özünü heç vaxt olmadığı qədər bədbəxt hiss etdiyini bildirib.
Devid Bekhem 2003-cü ildə “Real Madrid”də oynayarkən Bekhemlər ailəsi həmişə xəyanət iddialarını rədd edib. Lakin indi onlar münasibətlərini xilas etmək üçün necə mübarizə apardıqlarından bəhs ediblər.
“Bu, ən çətin dövr idi, çünki bizə elə gəlirdi ki, bütün dünya bizə qarşıdır. Məsələ burasındadır ki, tam düzünü desəm, biz bir-birimizə qarşı idik”, - deyə 49 yaşlı Viktoriya qeyd edib.
“Bilirsiniz, Madridə qədər bəzən bizə elə gəlirdi ki, hamıya qarşıyıq, amma birlikdə idik, bir-birimizə bağlı idik, bir-birimizə sahib idik. Lakin İspaniyada olanda bir-birimizə sahib olduğumuzu hiss etmirdik. Və bu kədərli idi. Bunun nə qədər çətin olduğunu və mənə nə dərəcədə təsir etdiyini hətta sözlə ifadə edə bilmirəm. Bu kabus idi. Bu, həyatım boyu yaşadığım ən acınacaqlı vəziyyət idi”, - deyə o əlavə edib.
Dörd hissədən ibarət sənədli filmdə Devidin münasibətinin olduğu iddia edilən qadından bəhs edilmir. Lakin qəzetlərin həmin vaxta aid manşetləri və iddia edilən hadisə ilə bağlı xəbərlər də yayımlanır.
Rejissor Fişer Stivens cütlüyün bütün bunların öhdəsindən necə gəldiyi ilə sual verdiyi zaman Devid Bekhem emosiyalara qapılıb, gözləri yaşla dolub və cavab verməkdə çətinlik çəkib.
O, başını aşağı salıb və evliliyinin bitməsi risklərini xatırlayıb. “Bilmirəm, bilmirəm. Düzünü desəm, bunların öhdəsindən necə gəldiyimizi bilmirəm”, - deyə o cavab verib.
“Viktoriya mənim üçün hər şeydir. Onun acı çəkdiyini görmək olduqca çətin idi, amma biz döyüşçüyük. Bir-birimiz və ailəmiz üçün mübarizə aparmalı idik. Sahib olduqlarımız uğrunda mübarizə aparmağa dəyərdi”, - deyə Devid Bekhem əlavə edib.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ