Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün öncə Tehranda İran parlamentinin sədr müavini Əli Nikzadın oğlu Məhəmməd Həsən Nikzad xüsusi zolaqda şəxsi avtomobili ilə yol polisini vurub.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, daha sonra millət vəkilinin oğlu hadisə yerindən qaçıb.
Yol polisinin dərhal xəstəxanaya köçürüldüyü və hazırda vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd olunub ki, təqsirkar yaralıya kömək etmədən hadisə yerini sürətlə tərk edib.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ