Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev əvvəlcə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Musavat.com xəbər verir ki, Qüdrət Həsənquliyev aşağıdakıları bildirib:
“Hörmətli sədr, mən öncə istəyirəm ki, Novruzov Yaqub Turab oğlunun valideynlərinin onların övladlarına verdiyiniz dəstəyə görə, dərin minnətdarlığını və təşəkkürlərini sizə çatdırım. Onlara söz vermişdim ki, bunu mütləq edəcəyəm. Həm də xeyirxah işlər hesab edirəm ki, təbliğ olunmalıdır. Öz adımdan da sizə bir daha minnətdarlığımı bildirirəm”.
Q.Həsənquliyev daha sonra bildirib ki, bu günlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldavanların verdiyi səs dəyişdi: “Hörmətli həmkarımız Siyavuş Novruzov da burada zaman-zaman Seçki Məcəlləsinə baxılması ilə bağlı məsələ qaldırıb. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli bir hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar. Onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur. Ona görə də, onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də təcrübəsi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq. Bunu icra hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ