İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan spikerə təşəkkür: “Bir söz, amma çox təsirli”

Deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxış edərkən əvvəlcə spiker Sahibə Qafarova ilə bağlı fikirlərini bölüşmək istədiyini bildirdi və spikerə xitab etdi. “Siz Prezident haqqında çox gözəl, lakonik və unikal danışdınız. İnanıram ki, uzun müddət yaddaşlarda qalacaq. Hamımız təbriklərinizə qoşuluruq”.

Ardınca R.Nurullayev S.Qafarovaya ünvanlı ürək sözlərini çatdırdı: “Hakimlərin təyinatı zamanı sizin son sözünüz bütün çıxışların cəmindən güclü çıxış oldu. Bir söz, amma çox təsirli. Dediniz ki, deputatların sözlərində həqiqətlər var və nəzərə alın! Siz parlamenti çox gözəl idarə edirsiniz. Yüksək səviyyəli idarəçiliyiniz üçün də sizə dərin təşəkkürümü bildirirəm”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR