İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan ŞOK XƏBƏRDARLIQ: Ermənistan ilin sonuna qədər bunu etməsə...

“Prezident İlham Əliyev Ermənistanla qarşıdurmaya toxunarkən Azərbaycanın öz məqsədlərini siyasi, hərbi-siyasi yolla reallaşdırdığını və reallaşdıracağını vurğulayır. Təbii ki, biz siyasi yola üstünlük veririk və əgər verməsəydik, Ermənistan rəhbərliyinin əvvəlki danışıqlarda üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi ortada ola-ola qarşı tərəflə yenidən bir masa arxasında əyləşməzdik”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Ermənistanın təxribatçı addımlarının cavabsız qalmayacağını vurğulayan deputat Azərbaycanın yolunu kimsənin kəsə bilməyəcəyini bildirib: “Ancaq artıq haylar da, danışıqları təşkil edənlər də görürlər ki, BMT qətnamələrini necə yerinə yetirmişdisə, Azərbaycan həmin danışıqlarda irəli sürdüyü, beynəlxalq normalara dayanan tələblərini də avqustun 3-də və ondan öncəki kimi eyni şəkildə reallaşdırır”.

Sahib Alıyev ermənilərin Kəlbəcər və Laçında mövqelərimizi ardıcıl olaraq atəşə tutmasından da danışıb:

“Həm bu hərəkəti, həm də Qarabağla bağlı iddialarını davam etdirməklə qarşı tərəf Azərbaycanla Ermənistan arasında hər hansı bir sərhədin olmadığını, ona təmas xətti kimi yanaşdıqlarını ortaya qoyur. Bir halda ki, onlar bizimlə sərhədlərinə sadəcə təmas xətti kimi yanaşırlarsa, ərazi iddialarından əl çəkmirlərsə, Ermənistana ərazi iddiası irəli sürmək üçün qat-qat artıq əsası olan Azərbaycan hayların nə zaman ağıllanacaqlarını, yaxud da ağıllandırılacaqlarını nə qədər oturub gözləməlidir? Əslində cənab İlham Əliyev iki dəfə qarşı tərəf üçün vaxt sərhədi göstərib. Firkimcə, əgər bu ilin axırına kimi Ermənistan üzərinə götürdüyü öhdəliyə əməl etmək və Azərbaycanın sülh təklifi ilə razılaşmaq istəməsə, onda Zəngilan Beynəlxalq Hava Limanında yazılan “Zəngəzura xoş gəlmisiniz” sözlərinin nə demək olduğunu görəcəklər. Füzulidəki o hay qadın kimi ola da bilsin ki, özləri “torpaqlarınıza xoş gəldiniz” deyəcəklər”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR