İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan sensasion çıxış: "Xüms və zəkati İrana…"

“Bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır. Bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni, bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir”.

Musavat.com xəbər verir ki, bu sensasion sözləri deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında söyləyib. C.Məmmədov deyib ki, məsələ yalnız bununla da bitmir: “Bununla yanaşı, Azərbaycanda toplanan xüms və zəkat ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var”.

Deputat əlavə edib ki, əvvəlki dövrdə, quru sərhədləri açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər: “İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir.

Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR