Onlayn ictimai-siyasi qəzet
Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Eduard Şərafiyev gecə klubuna gedənləri Ukrayna müharibəsinə göndərməyi təklif edib.
Bu barədə o, özünün Teleqram kanalında bildirib.
“Bütün ölkə üzrə cümə günü bütün gecə klublarında səfərbərlik keçirilməlidir. Beləliklə, gecə klubunda olan hər kəs müharibəyə göndərilməlidir. Üstəlik, bütün istisnalar, məsələn, sağlamlıq səbəbi ilə verilən icazələr də ləğv edilməlidir. Çünki onların sağlamlıq vəziyyəti gecə klubuna gəlməyə imkan verir”, - deputat qeyd edib.
Onun sözlərinə görə, bu yolla iqtisadiyyatın müxtəlif sahələrində işçi qüvvəsi çatışmazlığı problemini həll etmək mümkün olacaq, çünki bu halda nə bir fabrik işçisi, nə də kənd sənayesi işçisi səfərbər olmayacaq.
Deputat eyni zamanda etiraf edib ki, reallıqda belə səfərbərliyi heç kim həyata keçirməyəcək.
Bundan əvvəl Dövlət Dumasının deputatı general-leytenant Viktor Sobolev bildirmişdi ki, Rusiyada yeni səfərbərlik keçirmək planları yoxdur. Parlamentin aşağı palatasının müdafiə komitəsinin üzvü qeyd edib ki, hazırda Rusiya Silahlı Qüvvələri könüllülük əsasında, müqaviləli hərbi qulluqçularla doldurulur. (Publika.az)
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ