İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputata daşla hücum etdilər - ŞOK GÖRÜNTÜLƏR

Ötən gün Cənubi Koreyanın paytaxtı Seulun Qanqnam rayonunda hakim Xalq Gücü Partiyasının deputatı Bae Hyun-cin hücuma məruz qalıb.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, hücumun görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Belə ki, görüntülərdə cinayətkarın deputatla danışdığı və qəfildən əlindəki daşla Baenin başına vurması əks olunub.

Deputatı yerə yıxaraq başına daşla azı 15 zərbə vuran cinayətkar ətrafdakıların müdaxiləsi ilə hadisə yerindən qaçıb.

Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan şəxs ifadəsində 15 yaşında olduğunu bildirib.

Məlumata görə, hücum edən şəxs daha əvvəl bipolyar pozğunluqdan xəstəxanada müalicə alıb.

Həmin görüntüləri təqdim edirik:


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR