İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Rusiya Trampın istəkləri ilə razılaşacaq"

Baydenin hakimiyyəti dövründə Rusiyaya sanksiyaların tətbiq olunmasının müəllifi olan ABŞ indi Tramp hakimiyyəti dövründə sanksiyaların nə vaxtsa ləğv olunması ilə bağlı fikirləri ifadə edir. Təbii ki, Donald Tramp ABŞ-ın iqtisadi maraqlarını hər şeydən üstün tutur. Ona görə də Avropaya "öz təhlükəsizliyinizi özünüz qoruyun" deyir və Rusiya ilə birbaşa müzakirələr apararaq Ukraynada müharibənin dayandırılmasından danışır.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. Deputat vurğulayıb ki, Tramp hətta bir neçə həftə ərzində müharibənin sona çatacağı ilə bağlı fikirlər də ifadə edib: "ABŞ BMT Baş Assambleyasında Rusiyaya qarşı qəbul olunan qətnamənin ələyhinə də səs verdi. Bu baxımdan Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğv edilməsi də gözləniləndir. Bunun üçün Trampın öz istəkləri var. Bu, ilk növbədə Ukraynada müharibənin dayandırılması, ikincisi isə Rusiyanın nadir yeraltı metalların istehsalında ABŞ-nin iştirak edilməsidir. Hesab edirəm ki, Rusiya Trampın istəkləri ilə razılaşacaq və həm tətbiq olunmuş sanksiyaların dayandırılmasına, həm də ABŞ-Rusiya münasibətlərinin yeni müstəvidə qurulmasına nail olacaq".
A.Badamovun fikrincə, Ukraynada müharibə dayandırılmasa Trampın dediyi kimi bu, Üçüncü Dünya Müharibəsinə yol açacaq. "Bu baxımdan müharibənin davamı nə ABŞ-nin, nə də Rusiyanın strateji maraqlarına uyğun deyil", deyə deputat əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR