İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Həmin axundları müəyyən edib, cəzalandırmaq lazımdır, əks halda... “

“Bu gün ölkədə həm erkən nikahlar, həm də abortlarla bağlı ciddi narahatlıqlar var. Lakin burada məsuliyyəti yalnız din xadimləri deyil, eyni zamanda bu sahəyə cavabdeh qurumlar daşıyır”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, hər iki problemin aradan qaldırılması üçün konkret faktlar əsasında addımlar atılmalıdır:

“Geniş araşdırma aparılmalı və buna əsasən də günahkar cəzalandırılmalıdır.

Məlum olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bununla bağlı bütün axundlara göstərişlər verib. Bu məsələnin kökündə cəzasızlıq dayanıb. Bunu edən axundları müəyyənləşdirib, onları cəzalandırmalıyıq ki, bu kimi hallar, faktlar olmasın. Əks halda bu proses davam edəcək və problem öz aktuallığını qoruyacaq.

Erkən nikahlarla bağlı eyni zamanda geniş maarifləndirmə, təbliğat, valideynlərlə sıx işlərin aparılmasına ehtiyac var. Hesab edirəm ki, bu yolla biz hansısa bir məqsədə, hədəfə nail ola bilərik”.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova erkən nikahların artmasında axundları günahlandırıb.

“Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik", - deyə komitə sədri bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR