Onlayn ictimai-siyasi qəzet
Tekirdağın Süleymanpaşa rayonunda mövsümi hadisələr səbəbindən dəniz 10 metr geri çəkilib və "Kral Yolu" kimi tanınan qayalar suyun səthinə çıxıb.
Suyun çəkilməsi ilə bağlı açıqlama verən ekspertlər vəziyyətin meteoroloji hadisə olduğunu deyirlər.
Bu geri çəkilmə nəticəsində yerli əhalinin “Kral Yolu” kimi tanıdığı qayalar suyun üstündən çıxıb. Sahildə gəzən Hüseyn Sakalar dəniz səviyyəsinin hər il eyni vaxtda azaldığını bildirərək, "Adətən bu qayalar suyun altında qalır. Amma bu fəsillərdə sular çəkiləndə qayalar görünür. Bu, hər il olur" sözlərini deyib.
Tekirdağ Namık Kamal Universiteti Fən və Ədəbiyyat Fakültəsi Coğrafiya Bölümü Müəllim Prof. Dr. Emre Özşahin dənizin geri çəkilməsinin meteoroloji vəziyyətlə əlaqədar olduğunu və fövqəladə bir vəziyyət olmadığını açıqlayıb. Özşahin, "Dənizin axması müəyyən fəsillərdə küləyin eyni istiqamətdə əsdiyi vaxtaşırı baş verən hadisədir. İnsanların narahat olmasına ehtiyac yoxdur" deyə bildirib.
Dəniz çəkilişinin yaratdığı mənzərə də pilotsuz təyyarə ilə havadan çəkilib. Geri çəkilmə nəticəsində meydana çıxan qayalar yerli sakinlər və ziyarətçilər tərəfindən maraqla araşdırılıb./Ajans.az/
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ