İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yolu işçiləri dəhşətli şəkildə öldü

İtaliyada gecə saatlarında Turin-Milan dəmir yolu xəttində işləyən işçiləri qatar vurması nəticəsində 5 işçi ölüb.

Gundem.az xarici mənbəyə istinadən xəbər verir ki, Turin-Milano Brandizzo stansiyasının yaxınlığında gecə saatlarında təmir işləri aparan işçiləri qatar vurub. Hadisə zamanı 5 işçinin həyatını itirdiyi bildirilib.

Bildirilib ki, qəza dəmiryolçuların 1 saylı platformada relslərin təmiri və yenilənməsi işlərinə başlayarkən baş verib. Hadisə zamanı qatarın saatda 160 kilometr sürətlə hərəkət etdiyi müəyyən edilib. Qəza ilə bağlı prokurorluq hadisənin necə baş verdiyini araşdırdığı və işçiləri vuran qatarın maşinistinin də dindiriləcəyi deyilib.

Bununla yanaşı, qəzadan sonra işçiləri vuran qatar hadisə yerinin araşdırılması üçün xəttdə saxlanılıb. Buna görə də Turin-Milan xəttində şəhərətrafı reyslər dayandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR