Onlayn ictimai-siyasi qəzet
Rzayev Mirzəli Güləli oğlu 6 ildir ki, Tofiq Abbasov 13 ünvandakı binanın sağ tərəfində yerləşən "dəmir köşk"də yaşayır. O, birinci qrup gözdən əlildir. Həmçinin ağır dializ və şəkər xəstəliyindən əziyyət çəkir. Xəstəlik ucbatından ayaq barmaqları amputasiya olunub.
61 yaşlı Mirzəli Rzayev deyir ki, 6 il əvvəl ailəsindən ayrıldıqdan sonra küçələrdə yaşamaq məcburiyyətində qalıb. Sığınacaq tapa bilmədiyi üçün isə son ümid yeri 5 kvadratlıq "dəmir köşk" olub. Qapısı cırıldayan, içərisi rütubətli olan bu kiçik "dəmir köşk" artıq illərdir onun evi sayılır.
Onun sözlərinə görə, vəziyyəti ilə bağlı yerli icra hakimiyyətinə, müxtəlif qurumlara müraciət etsə də, hələ ki, konkret bir addım atılmayıb.
TV Musavat-ın hazırladığı videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ