İnsanlara hürriyət, millətlərə istiqlal!

David Tonoyan: "Hakimiyyət məhkəməmi süni şəkildə gecikdirir"

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ona qarşı cinayət işi üzrə məhkəmə iclasının növbəti dəfə təxirə salındığını açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sabiq nazir xüsusi bəyanat yayıb.

“Öncə sədrlik edən hakimin hazırlıq kurslarında iştirakı ilə əlaqədar iki həftəlik fasilə verildi. Bu dəfə isə məhkəmə iclası 28 mart 2023-cü il tarixinə təyin edilib – heç demə, hakim məzuniyyətə gedirmiş”, - deyə o, yazıb.

David Tonoyanın fikrincə, bütün bunlar Antikorrupsiya məhkəməsinin onu daha çox həbsdə saxlamaq və cəzalandırmaq niyyətindən baş bir şeyi ifadə etmir.

Keçmiş müdafiə naziri “yararsız” adandırdığı işlə bağlı ifadə verməyəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR