İnsanlara hürriyət, millətlərə istiqlal!

DANIŞIQLAR BAŞLADI - Türkiyə bu ölkədən 40 qırıcı alır

Türkiyə Avropa istehsalçılarından 4-cü nəsil “Eurofighter Typhoon” döyüş təyyarələrinin 40 ədəd tədarükü üçün qiymət təklifi gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik qeyd edib ki, müvafiq sənədlər artıq Böyük Britaniyanın Müdafiə Nazirliyinə və “Eurofighter”  konsorsiumuna təqdim olunub və qiymət təklifinin yaxın günlərdə Ankaraya gəlməsi gözlənilir.

Nazirlik həmçinin, Türkiyə Hava Qüvvələri üçün “F-16” təyyarələrinin tədarükü və modernizasiyası məsələsində texniki müzakirələrin müsbət irəlilədiyini açıqlayıb.

Eyni zamanda, Ankarada yerli müdafiə layihələrinin, o cümlədən “KAAN” beşinci nəsil təyyarəsi, “Hürjet” yüngül döyüş təyyarəsi, “Kızılelma” və “ANKA-3” zərbə PUA-larının prioritet olduğu vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR