İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkadan Rusiyaya TƏRS ŞİLLƏ

Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayın Danimarkaya girişinə icazə verilməyib. Belə ki, Rusiya rəsmisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədbirinə getməli imiş.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Danimarkadakı səfirliyi məlumat yayıb.

"Danimarka rəsmiləri açıqlama və izahat vermədən, nümayişkaranə surətdə Rusiya nümayəndələrinin tədbirə gəlməklə bağlı hüquqlarını pozdular", - deyə məlumatda bildirilib.

Rəsmi Kopenhagendən məsələ ilə bağlı hər hansı şərh gəlməyib.

Xatırladaq ki, ÜST 2023-cü ilin mayında Moskvada İnfeksion xəstəliklərlə mübarizə ofisini bağlayıb. Həmin idarənin səlahiyyətləri Danimarkanın paytaxtı Kopenhagendə yerləşən təşkilata verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR