İnsanlara hürriyət, millətlərə istiqlal!

Dani Alves girov üçün 1 milyon avro toplaya bilmir

Braziliya millisinin keçmiş üzvü Dani Alves girov üçün tələb olunan 1 milyon avronu ödəmədiyi üçün ən azı bir gecə həbsxanada keçirəcək.

Bu barədə “El Partidazo de COPE” nəşri məlumat yayıb.

Eyni zamanda, Alves martın 22-si yerli vaxtla saat 14:00-a qədər (Bakı vaxtı ilə 17:00) girov ödəməsə, həftəsonu həbsxanada qalacaq.

Martın 20-də məhkəmə zorlama ittihamı ilə həbs cəzasına məhkum edilmiş “Barselona”nın keçmiş müdafiəçisinin 1 milyon avroluq girov müqabilində azadlığa buraxılmasına qərar verib. Eyni zamanda Alvesin pasportları götürüləcək və məhkəmə ondan həftəlik hesabat tələb edəcək. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR