Onlayn ictimai-siyasi qəzet
İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Gundem.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 161 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ