İnsanlara hürriyət, millətlərə istiqlal!

Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı

İranın cənubunda yerləşən Yeni Culfa erməni məhəlləsində separatçıların tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, keçirilən tədbirdə erməni separatçıların simvolu hesab edilən əski parçasının İran bayrağı ilə yanaşı qaldırılması müşahidə olunub. 

Bu tədbir separatçı qrupların İran ərazisində də fəallaşdığını göstərir.

İran rəhbərliyi rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlasa da, paytaxt Tehranla yanaşı, İsfahan kimi vilayətlərdə baş verən bu cür hərəkətlər ikitərəfli münasibətlər baxımından ciddi gərginlik mənbəyinə çevrilə bilər.

Yeni Culfa məhəlləsində separatçı simvolların nümayiş etdirilməsi ilk növbədə İran dövləti üçün rüsvayçılıqdır. Eyni zamanda bu cür hallar iki ölkə arasında diplomatik əlaqələrin inkişafına ciddi zərbə vurur. İran Azərbaycanla münasibətləri daha da irəli səviyyəyə qaldırmaq istəyirsə, ölkə daxilində həyata keçirilən tədbirlərdə separatçı qrupların simvollarına yer verilməməsinə nəzarət etməlidir. Əks təqdirdə, qarşılıqlı etimad və hörmət prinsipləri sarsıla bilər.

Tədbirdən görüntüləri təqdim edirik: 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR