Onlayn ictimai-siyasi qəzet
Martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall” konsert zalı “Qazprombank”a kreditlə girov qoyulub. Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışla bu, təsdiqlənir.
Musavat.com xəbər verir ki, bu barədə RBK yazıb.
Qeyd olunub ki, Mejdunarodnaya küçəsində, “Crocus International” şirkətinə (iş adamı Araz Ağalarovun “Crocus Group”un strukturlarından biri) məxsus sahəsi 38 min kvadratmetrdən çox olan 20 nömrəli bina 2023-cü il noyabr tarixli müqavilə ilə ipotekadadır. Müqavilə 24 dekabr 2032-ci il tarixinədək qüvvədədir.
Bu müqavilə əvvəllər yenidən müzakirə edilib, obyekt 2022-ci ilin dekabrında verilən tapşırıq nəticəsində “Qazprombank”a girov qoyulub.
“Crocus Group” məsələ ilə bağlı şərh verməkdən imtina edib. “Qazprombank” RBK-nın sorğusuna cavab verməyib.
Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, baş verən terror aktı qurbanlarının sayı 139 nəfərə çatıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ