Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Van vilayətində çörək zavodunda dəhşətli hadisə baş verib.
Musavat.com xəbər verir ki, çörək zavodunda işləyən xadimə təmizlik işləri apararkən qolu avadanlığa ilişib.
Hadisə zamanı çoxlu qan itirən işçi xəstəxanaya çatdırılıb. Dəhşətli hadisənin təhlükəsizlik kamerasına əks olunan görüntülərində işçinin kəsilmiş qolunun iş yoldaşı tərəfindən daşındığı görünür.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ