İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörçill nasist liderlərin sirləri açacağından qorxub – O, minlərlə almanı məhkəməsiz öldürmək istəyib

Yalta konfransında Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti Franklin Ruzvelt və SSRİ rəhbəri İosif Stalin nasist Almaniyasının hərbi cinayətkarlarının beynəlxalq tribunal tərəfindən mühakimə olunması ilə bağlı həmfikir olsalar da, Böyük Britaniyanın baş naziri Uinston Çörçill hesab edib ki, 3-cü reyxin liderləri sadəcə məhv edilməlidir. Nasistlərin liderlərini məhkəməsiz və istintaqsız o biri dünyaya göndərməyə tələsən Britaniya nümayəndəsi 50 min alman zabitinin öldürülməsini də təklif edib.

Amma digər iki liderin nasistlərin mühakimə olunması ilə bağlı israrı londonlu diplomatı vəziyyətlə razılaşmaq məcburiyyətində qoyub. Lakin bir müddət sonra Ruzveltlə birləşən Çörçill heç bir hüquqi əsası olmayan siyasi məhkəmə prosesinin keçirilməsini təklif edib.

fc862628-031d-4c4c-955c-9624d6b8f056.jpg (172 KB)

Bu plana da Stalin qarşı çıxıb və beynəlxalq tribunalla bağlı fikrindən dönməyib. Çünki SSRİ rəhbəri nasizmin qeyri-insani mahiyyətini bütün dünyaya göstərmək, onu açıq şəkildə pisləmək, bu ölkə ilə döyüşməyin nə qədər təhlükəli və sərfəli olmadığını geniş ictimaiyyətə çatdırmaq istəyib.

 

Çörçill nədən qorxub?

Çörçill şəxsən müharibə cinayətkarlarının gələcək ifadələri ilə bağlı ciddi narahat olub. O, qorxub ki, faşist rəhbərlər Böyük Britaniyanın alman nasizminin formalaşmasında və möhkəmlənməsində real rolu, Almaniya ilə gizli danışıqlar haqqında çoxlu xoşagəlməz faktları üzə çıxaracaqlar.

İngiltərə və ABŞ-nin Hitlerin hakimiyyət uğrunda mübarizəsinə əhəmiyyətli maliyyə töhfəsi vermələrini təsdiqləyən sənədlər uzun müddətdir ictimaiyyətə açıqlanıb. Eyni zamanda, hər iki ölkənin başçıları və ingilis kral ailəsi nasizmin nəyi təmsil etdiyini mükəmməl başa düşüblər. Lakin onlar gec-tez Hitleri SSRİ-yə qarşı qoyacaqlarına ümid edərək ona aktiv şəkildə pul buraxıblar.

2cf5e8ed-1c4e-4342-b362-116d6d04e79b.jpg (116 KB)

Hiyləgər siyasətçi olan Çörçill məharətlə manevr etməyi bacarıb. Qaçılmaz müharibəyə hazırlaşarkən o, Stalini tam sədaqətinə inandırmağa çalışıb. Bu adam qərb sərhədində yeni əraziləri ilhaq etməyə müvəffəq olan sovet liderinin hərəkətlərini bəyənsə də, əslində 1941-ci ilin mayında Böyük Britaniyanı Almaniyanın müttəfiqinə çevirməyə çalışan Hesslə danışıqlar aparıb.

Çörçillin qorxusuna baxmayaraq, Nürnberq məhkəmələrində ölkəsi üçün heç bir xüsusi hal yaşanmayıb. Nasist cinayətkarları sanki Böyük Britaniyanın II dünya müharibəsinə hazırlıqdakı rolunu unutmağa məcbur olublar. Reyx liderləri siyahısına düşməyən almanların bir çoxu nəinki sağ qalıb, hətta qısamüddətli cəza çəkdikdən sonra Qərb ölkələrində gözəl həyat yaşayıblar.

Nasistlərə danışmağa qoymayıblar, amma...

Böyük Britaniya israrla tələb edib ki, müharibə cinayətkarlarının söz azadlığı məhdudlaşdırılsın. Lakin Londonun bu hərəkəti və ifadələri hakimlər arasında qeyri-ixtiyari hörmətə səbəb olan 2-cü reyxin yeganə reyxsmarşalı Herman Görinqin ağzını bağlaya bilməyib. Hitelrin ən yaxın adamı ifadələrini birində qeyd edib ki, Münhen razılaşması zamanı nasistlərin rahat hərəkət etməsində Böyük Britaniya və ABŞ birbaşa rol oynayıb.

c2d202c2-9963-4287-afa0-f67675a7b608.jpg (408 KB)

Digər tərəfdən, ingilislər Rudolf Hessi əhəmiyyətli bir şəxs kimi qoruyub və sonradan Nürnberq tribunalının onun barəsində çıxardığı ölüm cəzasını dəyişdirməyə nail olublar.

Lakin 1987-ci ildə ölümündən qısa müddət sonra Hessin oğlu jurnalistlərə deyib ki, atası Britaniya xüsusi xidmət orqanları tərəfindən zəhərlənib. Şpandau məhbuslarının sonuncusu olan Rudolf Hess azad olunmasına yaxın asılı vəziyyətdə tapılıb. Keçmiş nasistin oğlu iddia edib ki, atası bəzi sirləri açıqlaya bilərmiş.

Gizli planlar

İllər sonra məlum olub ki, Britaniya və Amerika şirkətləri bir tərəfdən SSRİ-yə silah verib, digər tərəfdən isə Almaniyanın hərbi sənayesini fəal şəkildə maliyyələşdirib. ABŞ-nin Britaniya ilə birləşərək SSRİ-yə qarşı nasistlərlə birgə mübarizə aparmaq planı da olub. Məhz həmin dövrdə bu məlumatlar açıqlansaydı, bu dövlətlərin dünya miqyasında etibarı ciddi zədələnəcəkdi.

Odur ki, Çörçill 3-cü reyxin bütün yüksək rütbəlilərinin məhkəməsiz və istintaqsız edam edilməsində israr edəndə bu məlumatın açıqlanmasından qorxub. Nəticədə 1951-ci ildə məhkəmələrdə mühakimə olunanların çoxunun adı amnistiya siyahısına daxil edilib, bəzilərinin isə cəzası azaldılıb.

89d5b771-2b0f-4011-a276-775acaa3e75a.jpg (224 KB)

Britaniyalı diplomatın SSRİ-nin inkişafından çox qorxub. Hətta 1945-ci ildə Çörçillin tapşırığı əsasında ingilis ordusunun baş qərargahı tərəfindən Baltikdən Adriatikaya kimi bölünən Avropanın digər yarısını SSRİ işğalından azad etmək üçün müharibə planı hazırlanıb. Əməliyyat planına görə, qitədəki Amerika, Fransa, İngiltərə qüvvələri silahlandırılacaq, almaniyalı əsirlər və bəzi polyaklar Şərqi Almaniya sərhədindən başlayaraq sovet qüvvələrini şərq tərəfə qovacaq və ABŞ-nin nüvə təhdidi ilə SSRİ müharibədən əvvəlki sərhədlərinə qaytarılacaqdı. Nəticədə ABŞ və Britaniya arasında fikir ayrılıqları Çörçilin planının icrasına mane olub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR