Onlayn ictimai-siyasi qəzet
ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakıda ev sahibliyi etməsini alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrikində deyilir.
“ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - o bildirib.//"Report"
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ