İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib

 COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi. Nazirlərin məsləhətləşmələrindən irəli gələn variantlar da daxil olmaqla, sədrliyin qərar layihəsi mətninə keçid kimi xidmət edən təkliflərin sadələşdirilmiş tərtibi”, “Paris Sazişinin 6-cı maddəsinin 2-ci bəndində qeyd olunan əməkdaşlıq yanaşmaları ilə bağlı məsələlər”, “İslasda Uyğunlaşma Fonduna aid məsələlər”, “Uyğunlaşma Fondu Şurasının hesabatı”, “Kiyoto Konvensiyaya xidmət edən cavab tədbirlərinin həyata keçirilməsinin təsirinə dair forumla bağlı məsələlər”, “Yaşıl İqlim Fondunun Tərəflərin Konfransına Hesabatı və Yaşıl İqlim Fonduna rəhbərlik”, “Uyğunlaşma üzrə qlobal məqsədlə bağlı məsələlər”, “Cins və iqlim dəyişikliyi” və digər sənədlərin layihələri əsasında müzakirə aparılıb.

Çıxış edən COP29 Prezidenti Muxtar Babayev COP-un sabah başa çatmasının planlaşdırıldığını nəzərə çatdırıb, görülən işlər, keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində bəzi çətin məsələlərlə bağlı irəliləyiş əldə edildiyini, artıq təkliflərin sadələşdirilmiş toplusunu hazırladıqlarını söyləyib.

Avstraliya, Yaponiya, Malta, Honduras, Pakistan, Zambiya, Yeni Zelandiya, Boliviya nümayəndələri sənədlərlə bağlı mövqelərini açıqlayıb, COP29-un iqlim fəaliyyətinin bütün sahələrində aydın siqnallar göndərməli olduğunu vurğulayıb, iqlim maliyyəsinin əhəmiyyətinə diqqət çəkiblər. Eyni zamanda bundan öncə keçirilən COP-larda qəbul edilən sənədlərdəki çatışmazlıqlardan söz açılıb, COP29-da qəbul ediləcək qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olunub, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürülüb.

Çıxış edən dövlət katibi və Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan sənədlərdə müəyyən edilmiş milli töhfələrdən razı qalmadıqlarını bildirib, sənədlərin Avropa İttifaqının narahatlıqlarını əhatə etməsini zəruri sayıb.

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR