Onlayn ictimai-siyasi qəzet
"COP29 sədrliyi çərçivəsində təxminən 70 ölkənin iştirakı ilə UNFCCC SP-nin 60-cı Sessiyasının keçirilməsi planlaşdırılır. Afrikada keçirilmiş ASFAN forumunda irəli sürülən təşəbbüslərin icrası da davam etdiriləcək.
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Pre-COP tədbirində panel iclasında bildirib:
"COP29 çərçivəsində Şamaxı şəhərində bu ölkələrin nümayəndələrinin iştirakı ilə görüşün və dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Əsasən UNGA-79 ölkələrinin iqlim maliyyəsi prosesində iştirakı müzakirə olunacaq. COP29 çərçivəsində "mavi zonada" BMT-nin də iştirakı ilə faydalı diskussiyalar aparılacaq".
E. İsgəndərov vurğulayıb ki, kənd təsərrüfatı sahəsindəki problemlərin gündəmə gətirilməsi niyyəti var:
"Eyni zamanda torpaq ehtiyatlarının mühafizəsi üzrə təşəbbüslər təklif etmək istəyirik. BMT-nin bu istiqamətdə mövcud konvensiyası torpaq ehtiyatlarının mühafizəsinin elementlərini özündə birləşdirir. Münaqişələrin səbəb olduğu miqrasiya və bu zaman təbii ehtiyatların insanlar üçün əlçatanlığını təmin etmək üçün təşəbbüslər irəli sürmək niyyətindəyik. Bu çağırışların tərkib hissəsi kimi bütün COP-ların yekununda qəbul olunan sənədlər də Bakıda nəzərdən keçiriləcək. Əsas məqsədimiz xüsusilə də dayanıqlı inkişaf sahəsində effektiv tərəfdaşlığın qurulmasıdır".
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ