İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi

COP29 Azərbaycan Əməliyyat Şirkəti dövlət qurumlarının qlobal iqlim hədəflərinə uyğunlaşması səylərinin dəstəklənməsi məqsədilə dayanıqlılıq səriştələrinin artırılması üzrə təlim proqramı keçirib.

Əməliyyat Şirkətindən Musavat.com-a verilən məlumata görə, proqram onlayn təlimlər və canlı info-sessiya modullarından ibarət üç həftəlik layihə çərçivəsində 8-26 iyul tarixlərində baş tutub.

Əməliyyat Şirkəti və xarici ekspertlər tərəfindən reallaşdırılan intensiv təlim proqramı müxtəlif dövlət qurumlarının COP prosesi ilə yaxından tanışlığını və tədbirdə səmərəli iştirakını, eləcə də bu qurumların sahib olduğu dayanıqlılıq səriştələrinin artırılması üçün məlumatlılığın təmin edilməsinə yönəlmişdir. İqlim, dayanıqlılıq, idarəetmə və sosial sahələri əhatə edən proqram ölkənin 8 müxtəlif sektorunu təmsil edən dövlət qurumları üçün fərqli sessiyalardan ibarət olub və iqlim problemlərinin daha dərindən mənimsənilməsi, eləcə də effektiv cavab strategiyalarının inkişaf etdirilməsinə xidmət edib.

Belə ki, nəqliyyat, enerji, iqlim və fövqəladə hallar, iqlim maliyyəsi və iqtisadiyyat, qida təhlükəsizliyi və kənd təsərrüfatı, səhiyyə, turizm, miqrasiya, gənclər və təhsil sektorları daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən ümumilikdə 49 sayda qurum təlim proqramından yararlanıb.

Proqram çərçivəsində eyni zamanda COP29 Təşkilat Komitəsi üçün info-sessiya görüşlərinə də start verilib. Burada iqlim fəaliyyətinin əsas istiqamətləri, COP29-un tematik günləri, COP29 Azərbaycan Sədrliyinin fəaliyyət gündəliyi və yeni təşəbbüslər toplusu kimi mövzulara toxunulub.

Qeyd edək ki, dövlət qurumları üçün təlim və səriştələrin artırılması proqramı ilk dəfə Azərbaycanda keçiriləcək olan COP29 iqlim konfransına dair sual yaradan mövzulara aydınlıq gətirilməsinə xidmət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR