İnsanlara hürriyət, millətlərə istiqlal!

Comart Otorbayev: “İtkin düşmüş şəxslərlə bağlı dialoq və müzakirələr davamlı olmalıdır"

“Bu gün Azərbaycanda 4 minə yaxın vətəndaşın taleyi hələ də qaranlıq qalır. Bu səbəbdən də, itkin düşmüş şəxslərlə bağlı konfrans Azərbaycanda lazımi vaxtda keçirilir və çox zəruridir”.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev bu gün Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bakıda bu konfrans lazımi vaxtda keçirilir və çox zəruridir. Bu gün bu məsələ ilə bağlı maarifləndirmə işinə, qabaqcıl qlobal təcrübələrin mənimsənilməsinə və nəticələrə nail olmaq üçün dialoq və müzakirələrin davamlı olmasına diqqət yetirilməlidir”, - o bildirib.

Onun sözlərinə görə, bu gün konfransda bu məsələyə dair lazımi təcrübəyə malik insanlar iştirak edir.

O vurğulayıb ki, Azərbaycan xalqının və ailələrinin itkin düşən yaxınlarının taleyindən xəbərdar olması üçün bu məsələ ilə bağlı işi davam etdirmək lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR