İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyuldu – RƏSMİ

ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

Musavat.com xəbər verir ki, bu barədə onun ofisinin yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, Co Baydendə xəstəliyin aqressiv forması aşkarlanıb.

Ötən həftə Co Bayden sidik ifrazında problemlərlə əlaqədar tibbi müayinədən keçib və prostat vəzidə yeni düyün aşkarlanıb. Cümə günü isə onun prostat xərçənginə yoluxduğu müəyyən edilib. Xəstəlik Gleason 9 (5-ci dərəcə) səviyyəsində qiymətləndirilib və sümüyə metastaz verdiyi bildirilib.

“Bu, xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonlara həssasdır, bu da onu effektiv şəkildə idarə etməyə imkan verir”, – deyə açıqlamada qeyd olunub.

Hazırda Co Bayden və ailəsi həkimlərlə birlikdə mümkün müalicə variantlarını nəzərdən keçirirlər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR