İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden narkoman oğlunun "qələmini qırdı" - əfv olmayacaq!

ABŞ Prezidenti Co Bayden oğlu Hanterin vergi cinayətlərində təqsirli bilinəcəyi təqdirdə onu əfv etmək niyyətində deyil.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı danışıb.

“Mən çox aydın dedim: Prezident oğlunu əfv etmək niyyətində deyil!” - deyə o bildirib.

Bundan əvvəl ABŞ prezidentinin oğluna qarşı 2016-cı ildən 2020-ci ilə qədər 1,4 milyon dollar məbləğində vergidən yayınmada doqquz ittiham irəli sürülüb. İddia olunur ki, Hanter vergi ödəmək əvəzinə pulu narkotik və eskort xidmətləri də daxil olmaqla “ekstravaqant həyat tərzinə” xərcləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR