İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin valyuta ehtiyatları azalıb

Dünyada ən çox valyuta ehtiyatlarına malik olan Çində ehtiyatların kəskin azalması qeydə alınıb.

Musavat.com xəbər verir ki, Çin Mərkəzi Bankının məlumatına görə, iyulda 3,204 trilyon dollar təşkil edən ehtiyatlar avqustda 3,16 trilyon dollara qədər azalıb.

Halbuki Trading Economics ekspertləri 3,187 trilyon dollara qədər azalma proqnozlaşdırmışdılar. The Wall Street Journal analitikləri isə 3,184 trilyon dollara qədər azalma gözləyirdilər.

Ötən ay Çin yuanı dollar qarşısında 1,6 faiz dəyər itirib. Dollar özü əsas valyutalar səbətinə qarşı 1,7 faizlik artım nümayiş etdirib.

Avqustun sonuna Çinin qızıl ehtiyatları iyuldakı 68,69 milyon unsiyadan 69,62 milyon unsiyaya qədər artıb. Lakin onun sürətli ucuzlaşması nəticəsində qızıl ehtiyatlarının dəyəri iyulun sonundakı 135,36 milyard dollardan avqustun sonunda 135,22 milyard dollara düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR