İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin Şimali Koreya ilə bığ-saqqal ticarəti 2 dəfə artıb

Bu ilin yanvar-iyulunda Çinin Şimali Koreyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 1.07 milyard dollara çatıb.

Çin Baş Gömrük İdarəsinin statistikasına əsasən bu dövrdə Şimali Koreyadan Çinə ixrac 3.2 dəfə artmaqla 160 milyon dollar təşkil edib. İki ölkənin qarşılıqlı ticarət dövriyyəsi ümumilikdə üç dəfə artaraq 1.230 milyard dollar olub.

Yeddi ayda Çindən Şimali Koreyaya əsasən düyü, şəkər tozu, avtomobil şini, emal olunmuş saç və digər geniş tələbat malları göndərilib.

Şimali Koreyanın Çinə ixracı isə əsasən pariklər, təbii insan tükündən bığ və saqqal(ümumi ixracın 54 faizi), ipək sap və sairdən ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR