İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayevin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti pisləşib.

“Qafqazinfo” Xalq yazıçısının vəziyyəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb.

O bildirib ki, hazırda yazıçının vəziyyəti yaxşıdır:

“Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.

X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.

Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR