Onlayn ictimai-siyasi qəzet
Çin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34 faiz əlavə rüsum tətbiq edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyası yayıb.
Bildirilir ki, bu addım ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavabdır: "ABŞ-ın hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun gəlmir, Çinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozur və birtərəfli zorakılığın tipik nümunəsidir".
Çin həmçinin ABŞ-ın 16 texnologiya şirkətini ixraca nəzarət siyahısına əlavə edib. Ölkənin Ticarət Nazirliyinin yaydığı məlumata görə, bu, “milli təhlükəsizlik və maraqların qorunması, habelə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə” edilib.
Məhdudiyyətlərin təsirinə məruz qalan şirkətlər arasında High Point Aerotechnologies, Logistics Holdings, Source Intelligence, Coalition For A Prosperous America, Sierra Nevada Corporation, Edge Autonomy Operations, Cyberlux Corporation, Hudson Technologies, Saronic Technologies, Oceaneering International, Stick Rudenseef, TO3D, Stick Rudenseef, ACT1 Federal var.
Bundan əlavə, ABŞ-ın 11 texnoloji şirkəti Çinin İxraca Nəzarət Siyahısına əlavə edilib. Nazirlik qeyd edir ki, məhdudiyyətlər "Çinin Xarici Ticarət Qanununa uyğun olaraq milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qorumaq üçün" tətbiq edilib.
Sanksiya siyahısına Skydio, BRINC Drones, Red Six Solutions, SYNEXXUS, Firestorm Labs, Kratos Pilotsuz Hava Sistemləri, HavocAI, Neros Technologies, Tactical Communications, Rapid Flight və Insitu daxildir.
Qeyd edək ki, 2024-cü ildə ABŞ-dan Çinə ixrac 144 milyard dollar təşkil edib.
Musavat.com
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ