İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukrayna ilə bağlı elə bir addım atdı ki...

Çin şirkətləri Ukraynaya dron və onların hissələrinin ixracını kəskin məhdudlaşdırıblar.

Musavat.com “The New York Times”a istinadən xəbər verir ki, buna səbəb Çində dron ixracına dair yeni tələblərin tətbiqidir.

Çinli təchizatçılar 1 sentyabr tarixindən dron komponentlərinin ixracı ilə bağlı yeni qaydalar qüvvəyə mindikdən sonra ümumilikdə satışlarını azaldıblar. Mülki pilotsuz uçan aparatların təxminən 90 faizinin istehsal olunduğu Çini bu bazarda əvəz etmək çətindir.

Yeni qaydalara əsasən, Çin istehsalçıları alıcılardan “mürəkkəb vasitəçilər sistemindən” istifadə etmələrini tələb edirlər. Buna görə də ukraynalı alıcılar çox çətin vəziyyətdə qalıblar: onlar bir çox hallarda borca girir, yaxud lazım olan malı qaçaqmalçılıq yolu ilə əldə edirlər.

Qəzet onu da qeyd edir ki, Böyük Britaniya Kral Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun hesablamalarına görə, Ukrayna silahlı qüvvələri ayda təxminən 10 min pilotsuz uçan aparatı itirir. Nəşrin qeyd etdiyi kimi, çoxları yeni təchizat qaydalarının qış ərəfəsində Ukrayna tədarük zəncirinin problemlərini daha da pisləşdirəcəyindən ehtiyat edirlər.

Bundan əvvəl “The New York Times” Ukraynanın uzaq mənzilli pilotsuz təyyarələrin təxminən 6 modelini hazırladığını bildirmişdi. Qəzetin yazdığına görə, onlardan bəziləri min km-dən çox uça biləcək. Hazırda Ukraynada yeni dron dizaynları ilə təcrübə keçən onlarla kiçik startap fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR