Onlayn ictimai-siyasi qəzet
Çin Ukrayna ilə bağlı danışıqlarda fəallaşaraq Qərbin bu məsələdəki təsirini zəiflətməyə çalışır.
Musavat.com-un xəbərinə görə, Çin ordusunun beynəlxalq platformalardakı rəsmi nümayəndəsi Jao Bo Münhen Təhlükəsizlik Konfransından sonra verdiyi müsahibədə bildirib ki, ABŞ-ın liderlik edə bilmədiyi yerdə Çin bu boşluğu doldura bilər.
“Əgər ABŞ prezidenti Çinə müraciət edirsə, bu, o deməkdir ki, Vaşinqton artıq bu məsələdə təsir gücünü itirib. Çin isə kollektiv təhlükəsizlik təminatına gedə bilər, əgər onu bu prosesə dəvət etsələr”, - deyə Jao Bo vurğulayıb.
Çinin Ukrayna ilə bağlı əsas strateji planları:
Pekinin Ukraynanın bərpasında və infrastrukturunun modernizasiyasında liderlik etməyə hazır olması – Çin rəsmiləri bu sahədə digər ölkələrin rəqabət apara bilməyəcəyini düşünür.
Rusiyanın “təsir zonaları” anlayışına Çin inanmasa da, faktiki olaraq bu zonaların mövcud olduğunu qəbul etməsi – Çin hesab edir ki, əgər Rusiya bu təsir zonaları uğrunda döyüşməyə və ölməyə hazırdırsa, deməli, onlar mövcuddur.
ABŞ-ın vitse-prezidentinin Münhen Konfransında Çinə qarşı soyuq münasibətindən sonra Pekinin Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa başlaması.
Bu açıqlamalar göstərir ki, Çin Ukrayna münaqişəsində yeni oyunçu kimi çıxış edərək, Qərbin təsirini azaltmağa və regionda əsas rol oynamağa çalışır.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ