İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Şimali Koreya ilə ticarəti kəskin azaldıb

Bu ilin yanvar-iyul aylarında Şimali Koreyadan Çinə mal ixracı illik müqayisədə 24 faiz artaraq 198 milyon dollara çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb.

Açıqlanan məlumatlara görə, Çinin Şimali Koreyaya ixracı, əksinə, 13,3 faiz azalaraq 914 milyon dollar təşkil edib. Pekinin profisiti 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalaraq 716 milyon dollar təşkil edib.

Gömrük İdarəsinin yenilənmiş statistikasına əsasən, iyulda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi iyun ayı ilə müqayisədə 18,8 faiz azalaraq təxminən 144 milyon dollar təşkil edib. Bu, həm ötən ay 18,7 faiz azalan Çin ixracı (123 milyon dollar), həm də KXDR-dən 20 faiz azalaraq 21 milyon dollara düşən idxalla bağlıdır.

Pekin Pxenyanın əsas iqtisadi tərəfdaşıdır. Çin şirkətləri Pxenyana emal olunmuş saç və yun, üyüdülmüş düyü, kənd təsərrüfatı gübrələrində istifadə olunan kimyəvi maddələr, polivinilxlorid (izolyasiya materialı), soya yağı, dənəvər şəkər, buğda unu, poliester saplar, avtobus və yük maşınları üçün təkərlər və geniş çeşiddə məhsullar ixrac edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR