İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyanı silahlandırır – Ukrayna kəşfiyyatı 20 hərbi zavoda təchizat faktını açıqladı

Çin sistemli şəkildə Rusiyaya hərbi məqsədli avadanlıq, barıt və xüsusi kimyəvi maddələr göndərir.

Musavat.com
xəbər verir ki, Ukraynanın Xarici Kəşfiyyat Xidməti 20 Rusiya hərbi zavoduna bu cür təchizatın həyata keçirildiyini təsdiqləyən məlumatlara malikdir.

Məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatları üçün istifadə etdiyi kritik elektronikanın 80%-i Çin mənşəlidir. 2024–2025-ci illər ərzində Rusiya ilə Çin arasında azı 5 hava əməkdaşlığı hadisəsi qeydə alınıb.

Ukrayna kəşfiyyatının bildirdiyinə görə, bu təchizatlar sanksiyaları aşmaq məqsədilə vasitəçi firmalar və saxta adlarla həyata keçirilir. Çinlə Rusiya arasında bu gizli əməkdaşlıq beynəlxalq təhlükəsizlik üçün ciddi siqnal hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR