Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ-dan idxal olunan bütün mallara 34 faizlik rüsum tətbiq edən Çin panikaya düşərək yanlış addım atıb.
Musavat.com xəbər verir ki, o, fikirlərini özünün Truth sosial şəbəkəsində: "Çin səhv addım atdı, panikaya düşdülər, bu, onların bacarmayacağı bir şeydir!".
Qeyd edək ki, Çin Dövlət Şurasının Tarif Komissiyası daha əvvəl elan etdiyi kimi, Çin hakimiyyəti aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34 faiz əlavə rüsumlar tətbiq edəcək. Bu addım Trampın yeni tariflər tətbiq etməsinə cavab olaraq atılıb. Bildirilib ki, tariflər cari rüsumlara əlavə olaraq tətbiq edilir.
Bundan əlavə, Çin çoxsaylı ABŞ şirkətlərini etibarsız şirkətlər siyahısına salıb, ABŞ-ın kəskin asılılıqda olduğu nadir elementlərin ixracını məhdudlaşdırıb.
2024-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 688,28 milyard dollara çatıb. Bu zaman ABŞ-dan Çinə tədarük 163,62 milyard dollar təşkil edib ki, bu da Çindən ABŞ-a ixracdan təxminən üç dəfə azdır.
Musavat.com
09 Aprel 2025
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ