İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Messidən qisas alır

Argentina və Nigeriya milli komandaları arasında Çində keçiriləcək yoldaşlıq oyunu Lionel Messiyə görə baş tutmayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin hakimiyyəti Argentina milli komandasının liderindən “İnter Mayami” ilə Honq Konq komandasının oyununda meydana çıxmadığına görə “qisas almaq” qərarına gəlib.

Pekin Futbol Assosiasiyası bildirib: “Paytaxt Lionel Messinin iştirak edəcəyi matçlara ev sahibliyi etməyi planlaşdırmır”. Əvvəlcə mart ayında Hançjouda keçirilməsi planlaşdırılan Argentina ilə yoldaşlıq oyunu da "məlum səbəblərə görə" ləğv edilib.

Argentinanın mart ayında Çinə səfəri planlaşdırılırdı, bu turda Nigeriya ilə Hançjouda və Fil Dişi Sahili ilə Pekində bir oyun var idi.

Messinin sözügedən oyuna zədə səbəbindən çıxmadığı bildirilsə də, Çin rəhbərliyinin və azarkeşlərinin Hirsi soyumayıb. Onlar Messinin oynamamasını özlərinə qarşı sayğısızlıq sayırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR