Onlayn ictimai-siyasi qəzet
Çin Xalq Bankı (PBOC) 2025-ci ildə iqtisadi aktivliyi stimullaşdıran siyasəti davam etdirəcək.
Musavat.com The Wall Street Journal-a istinadla xəbər verir tənzimləyici şirkətlər və ev sahiblərinin maliyyələşdirmə xərclərini daha da azaltmaq üçün tədbirlər görmək niyyətindədir.
Bankın rəhbəri Pan Qunşen bildirib ki, Çin Mərkəzi Bankı "kontrtsiklik düzəlişləri gücləndirmək və maliyyə sistemində kifayət qədər likvidliyi saxlamaq üçün geniş çeşiddə pul siyasəti alətlərindən" istifadə etmək niyyətindədir.
Bundan əlavə, onun sözlərinə görə, tənzimləyici pul siyasətinin struktur alətlərindən elmi və texnoloji innovasiyaları stimullaşdırmaq, yaşıl maliyyələşdirmə və istehlak kreditləşməsini, habelə daşınmaz əmlak və kapital bazarlarının sabitliyini təmin etmək üçün istifadə etmək niyyətindədir.
WSJ qeyd edir ki, bu ilin əvvəlində Çin Mərkəzi Bankı pul siyasətinin rolunu gücləndirmək üçün nəzərdə tutulan tədbirlərdən biri kimi təkrar bazarda xəzinə istiqrazlarının ticarətini bərpa edib.
Qeyd edək ki, analitik mərkəzlər Çin hakimiyyətinin iqtisadi artımı stimullaşdırmaq üçün bu il həyata keçirdiyi tədbirləri yetərli hesab etmir. Buna görə də xammal bazarları, xüsusilə neft bazarında Çindən tələbin artımına dair bədbinlik hökm sürür ki, bu da qiymətlərin 71-72 dollar ətrafına qədər azalmasına səbəb olub.
Çin Mərkəzi Bankının gələn illə bağlı vədini də bazarlar nikbinliklə qarşılamayaıblar. Hazırda neft bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmur.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ