İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin günəş enerjisi istehsalında rekorda imza atır

Çin günəş elektrik stansiyalarının (GES) ümumi quraşdırılmış gücü 2023-cü ilin sonuna qədər 500 Geqavattı, 2026-cı ilin sonuna isə 1 Teravattı keçəcək.

Musavat.com “Rystad Energy”nin proqnozuna istinadən xəbər verir ki, 2023-cü ildə yeni gücün 2022-ci ildə quraşdırılmış 87 GVt-dan artaraq150 GVt-ı keçəcəyi gözlənilir. 2024-cü ildə bu rəqəmin 165 GVt, 2025-ci ildə 170 GVt olacağı proqnozlaşdırılır. Beləliklə, Çində ümumi günəş enerjisi gücü 2024-cü ilə qədər 700 GVt-ı keçəcək və 2025-ci ilin sonuna qədər təxminən 900 GVt-a qədər artacaq.

Hazırda Çin günəş elektrik stansiyalarının ümumi gücü 500 GVt-a çatır ki, bu da qlobal gücün təxminən 40 faizinə bərabərdir. Ölkə bu göstərici üzrə dünyada liderlik edir, ABŞ isə 145 GVt (qlobal səviyyənin təxminən 12 faizi) ilə ikinci yerdədir. 2026-cı ildə ABŞ-ın ümumi günəş enerjisi tutumunun təxminən 209 GVt (11 faiz) olacağı gözlənilir.

Çin Milli Enerji Administrasiyasının (NEA) məlumatına görə, 2023-cü ilin birinci yarısında günəş elektrik stansiyalarının tikintisinə 134,9 milyard yuan (15,8 milyard dollar) sərmayə qoyulub ki, bu da eyni dövrdə istilik enerjisinə qoyulan investisiyalardan 3,4 dəfə çoxdur.

“Rystad” qeyd edir ki, mövsümi dalğalanmalar nəzərə alınmaqla tələbatın ödənilməsinə nasosla işləyən elektrik stansiyalarının (PSPP) tikintisinin yüksək tempi kömək edir. 2023-cü ilin iyun ayına kimi onların Çində ümumi gücü 49 GVt-a çatdı, 2025 və 2030-cu illərdə isə müvafiq olaraq 64 GVt və 120 GVt-dan çox olacağı gözlənilir. “2021-ci ilin iyun ayında istifadəyə verilən Çinin günəş enerjisinin inkişafı proqramı irimiqyaslı layihələr baxımından əhəmiyyətli artım göstərdi” – “Rystad Energy”nin baş bərpaolunan mənbələr və enerji analitiki Zhu Yicong deyib. Çində paylanmış fotovoltaik gücün təxminən üçdə ikisi kommersiya və sənaye müəssisələri tərəfindən istifadə olunur, bu layihələrin gücü onlarla meqavatdan 100 MVt-a qədərdir.

Qeyd edək ki, Çin günəş və külək enerjisi istehsalını artırmaqla kömür və qazdan asılılığını azaltmağa çalışır. Hazırda dünyada ən çox kömür enerjisi Çində əldə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR