İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-la sazişə gedən ölkələri cavab tədbirləri ilə hədələyir

Çin ABŞ-la Pekinin maraqlarına zidd olan razılaşmalara gedn ölkələrə xəbərdarlıq edib və Amerika şirkətlərinə investisiyaları azaltmağa başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin aviaşirkətləri də “Boeing” təyyarələrinin qəbulunu dayandırıb.

Çin digər ölkələri ABŞ-la Pekinin maraqlarına zidd ola biləcək sazişlərə girməməyə çağırıb və bunu edəcəkləri təqdirdə onlardan qisas alacağı ilə hədələyib.

Rəsmi bəyanatda Çinin bütün tərəflərlə həmrəyliyi və koordinasiyanı gücləndirməyə, birtərəfli hədə-qorxu aktlarına birgə cavab verməyə və buna qarşı çıxmağa hazır olduğu bildirilir.

“Bundan əlavə, Çinin suveren fondları baş ofisi ABŞ-da yerləşən özəl şirkətlərdəki səhmlərini azaltmağa başlayıb”, - “Financial Times” yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR